"Qazprom neft" 2025-ci ildə insan iştirakı olmadan hasilata başlaya bilər

"Qazprom neft" 2025-ci ildə insan iştirakı olmadan hasilata başlaya bilər
  • Clock-gray 16:46
  • calendar-gray 22 Sentyabr 2020

Rusiyanın "Qazprom neft" şirkəti insan iştirakı olmadan quruda neft hasilatını aparmaq üçün texnologiyaları inkişaf etdirir.

"APA-Economics"in Rusiya mediasına istinadən verdiyi məlumata görə, şirkət bu keçidin ilk nəticəsini artıq 2025-ci ildə görməyə planlaşdırır. Bu işlər çərçivəsində yeni sistemlərin, proseslərin tətbiq edilməsi, mövcud yanaşmaların yenidən nəzərdən keçirilməsi və insanlara daha mürəkkəb intellektual proseslərə cəlb edilməsi nəzərdə tutulur.

Şirkətin məlumatına görə, "Qazprom neft" platformalarda avadanlıqlara xidmət edən işçi sistemindən uzaqlaşır və onları sözügedən proseslərlə məsafədən idarə edəcək və ya tamamilə başqa işlərlə məşğul olacaq.

Mirsəid İbrahimzadə

Digər xəbərlər