"Qazprom" ötən il Avropa ölkələrinə və Türkiyəyə 175 mlrd. kubmetr qaz ixrac edib

"Qazprom" ötən il Avropa ölkələrinə və Türkiyəyə 175 mlrd. kubmetr qaz ixrac edib
# 15 yanvar 2021 09:38 (UTC +04:00)

Ötən il Rusiyanın "Qazprom" şirkətinin Avropa qaz bazarındakı payı təxminən 33% təşkil edib.

"APA-Economics"in Rusiya məlumatına istinadən verdiyi məlumata görə, bunu "Qazprom Export"un baş direktoru Yelena Burmistrova deyib.

"İdxalçılar qarşısında olan bütün öhdəliklərimizi uğurla yerinə yetirdik və bazarda payımızı təxminən 33% səviyəsində qoruyub-saxladıq", - dey’ E.Burmistrova qeyd edib.

Onun sözlərinə görə, ötən il "Qazprom" Avropa ölkələrinə və Türkiyəyə ümumilikdə 175 mlrd. kubmetr qaz tədarük edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR