"Qazprom" qaz ixracından gəlirləri 40% azalıb

"Qazprom" qaz ixracından gəlirləri 40% azalıb
  • Clock-gray 16:58
  • calendar-gray 08 Fevral 2021

Rusiyanın "Qazprom" şirkətinin 2020-ci ildə qaz ixracından əldə etdiyi gəlirlər 25 248 mln. ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 39,6% azdır.

Bu barədə "APA-Economics" Rusiyanın Federal Gömrük Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, şirkət üzrə qazın ortalama ixrac qiyməti 1 000 kubmetr üçün ötən il 127 dollar olub.

Ötən ilin dekabrında "Qazprom" qazının min kubmetrinin orta qiyməti 156,6 dollar olub ki, bu da 2020-ci ilin noyabr göstəricisi ilə müqayisədə 0,7% çoxdur.

Emil İsmayılov

Digər xəbərlər