"Qazprom" qaz ixracını kəskin artırıb

"Qazprom" qaz ixracını kəskin artırıb
# 15 mart 2021 15:55 (UTC +04:00)

İlin əvvəlindən indiyədək Rusiyanın "Qazprom" şirkəti uzaq xarici ölkələrə 42,9 mlrd. kubmetr qaz tədarük edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 28,3% çoxdur.

"APA-Economics"in məlumatına görə, bu barədə Rusiya mətbuatı "Qazprom"a istinadən xəbər verir.

Məlumata görə, qaz alışı xüsusən Almaniya (+28,7%), Türkiyə (+80,5%), Finlandiya (+74,2%), Bolqarıstan (+52,1%), Serbiya (+61,5%), Rumıniya (+77,7) və Yunanıstan (+24,5%) kimi Rusiya "mavi yanacağı"nın istehlakçıları tərəfindən artırılıb.

Qeyd edək ki, Azərbaycan Türkiyənin qaz idxalında Rusiyadan sonra ikinci yerdə qərarlaşıb. Bununla yanaşı, Azərbaycan 2020-ci ilin dekabrın 31-dən Trans-Adriatik boru kəməri vasitəsi ilə Avropaya qazın ixracına başlayıb. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR