"Qazprom" uzaq xaricə qaz ixracını 33% artırıb

"Qazprom" uzaq xaricə qaz ixracını 33% artırıb
# 03 mart 2021 17:50 (UTC +04:00)

Bu ilin yanvar-fevral aylarında Rusiyanın "Qazprom" şirkəti uzaq xarici ölkələrə 34,5 mlrd. kubmetr qaz tədarük edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 32,9% çoxdur.

"APA-Economics"in məlumatına görə, bu barədə Rusiya mətbuatı "Qazprom"a istinadən xəbər verir.

Məlumata görə, qaz alışı xüsusən Almaniya (+32,9%), İtaliya (+64%), Türkiyə (+52,9%), Fransa (+26,7%), Macarıstan (+85%), Polşa (+36%), Bolqarıstan (+56,5%), Serbiya (+52,2%), Rumıniya (+54,5) və Yunanıstan (+27,3%) kimi Rusiya "mavi yanacağı"nın istehlakçıları tərəfindən artırılıb.

Qeyd edək ki, Azərbaycan Türkiyənin qaz idxalında Rusiyadan sonra ikinci yerdə qərarlaşıb. Bununla yanaşı, Azərbaycan 2020-ci ilin dekabrın 31-dən Trans-Adriatik boru kəməri vasitəsi ilə Avropaya qazın ixracına başlayıb. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR