Qeyri-OPEC ölkələrində gələn il neft hasilatı artacaq

Qeyri-OPEC ölkələrində gələn il neft hasilatı artacaq
  • Clock-gray 18:36
  • calendar-gray 11 Noyabr 2020

OPEC (Neft İxrac Edən Ölkələr Təşkilatı) bu il təşkilata daxil olmayan ölkələrdə gündəlik ortalama neft hasilatı həcmlərinin 2,43 mln. barel azalaraq 62,73 mln. barelədək enəcəyini proqnozlaşdırır.

"APA-Economics"in OPEC-in aylıq hesabatına istinadən verdiyi məlumata görə, gələn il isə sözügedən ölkələrdə əksinə, gündəlik neft hasilatı artacaq (0,95 mln. barel) və 63,68 mln. barel təşkil edəcək.

Bu il üçün proqnozun azaldılması Norveç, ABŞ və Böyük Britaniyada cari ilin III rübündə istehsalın gözləniləndən daha aşağı olduğu ilə izah edilir.

Bununla yanaşı, OPEC neftə olan qlobal gündəlik tələbatla bağlı proqnozunu 0,3 mln. barel azaldaraq 9,8 mln. barelə endirib. Beləliklə, proqnoza əsasən, 2020-ci ildə bu göstəricinin 90 mln. barel səviyyəsində olacağı gözlənilir.

Emil İsmayılov

Digər xəbərlər