Qeyri-OPEC ölkələrində maye karbohidrogenlər hasilatı üzrə proqnoz artırılıb

Qeyri-OPEC ölkələrində maye karbohidrogenlər hasilatı üzrə proqnoz artırılıb
# 12 mart 2021 09:52 (UTC +04:00)

Ötən il Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2021-ci il üçün OPEC-ə daxil olmayan ölkələrdə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu yüksəldib.

Bu barədə "APA-Economics" OPEC-in aylıq hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, 2021-ci ildə qeyri-OPEC üzrə gündəlik neft və kondensat hasilatı 63,8 mln. barel səviyyəsində olacağı gözlənilir ki, bu da öncəki proqnozla müqayisədə 0,47 mln. barel azdır. Qeyd olunan artım əsasən Kanada, ABŞ və Norveçin hesabına baş tutacaq.

OPEC-in hesablamalarına görə, ötən il təşkilata daxil olmayan ölkələrdə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 62,66 mln. barel səviyyəsində olub, bu da 2019-cu ilin göstəricisi ilə müqayisədə 2,55 mln. barel azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR