Qlobal dövlət neft şirkətləri növbəti 10 ildə layihələrə 1,9 trln. dollar yatıracaq

Qlobal dövlət neft şirkətləri növbəti 10 ildə layihələrə 1,9 trln. dollar yatıracaq
# 09 fevral 2021 11:26 (UTC +04:00)

Təbii Resursların İdarəetməsi İnstitutunun (NRGI) apardığı yeni araşdırmaya əsasən, dünya üzrə nəhəng dövlət neft şirkətləri növbəti 10 ildə neft-qaz layihələrinə 1,9 trln. ABŞ dolları məbləğində vəsaitin yatırılmasını planlaşdırırlar.

"APA-Economics"in NRGI-nin (qeyri-kommersiya təşkilatı) hesabatına istinadən verdiyi məlumata görə, qlobal neft qiymətlərinin 40 dollar səviyyəsindən aşağı qalacağı təqdirdə, sözügedən investisiyaların uğuru aşağı olacaq və gəlirliyi 20% daha az olaraq dövlət neft şirkətlərini 400 mlrd. dollarlıq itki ilə üz-üzə qoyacaq.

Hesabatda bildirilir ki, BP, "Total" və "Royal Dutch" kimi neft-qaz şirkətləri neft qiymətləri üzrə proqnozlarını əhəmiyyətli dərəcədə endirməsinə baxmayaraq (hazırda 50-60 dollar aralığında), bəzi ekspertlər "qara qızıl"ın qiymətinin bundan da aşağı olmasını istisna etmir.

Qeyd edilir ki, investisiyaların nəticələri həm də şirkətlərin yerləşdiyi ölkələrin iqtisadi vəziyyətini pisləşdirib, qeyri-bərabərliyi artıra bilər. Belə ki, sözügedən dövlət neft şirkətlərinin yerləşdiyi ölkələrin əhalisinin 280 milyonu yoxsulluq içində yaşayır və təhsil, səhiyyə yerinə neft-qaz sektoruna yönələn sərmayələr burada yuxarıda göstərildiyi kimi, iqtisadi vəziyyəti çətinləşdirib, qeyri-bərabərliyi artıra bilər.

Hesabatda Səudiyyə Ərəbistanı və Yaxın Şərqdəki istehsalçıların az, Afrika və Latın Amerikası ölkələrinin isə daha çox təsirlənəcəyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR