Qlobal elektrik enerjisi istehsalında alternativ mənbələrin payı artıb

Qlobal elektrik enerjisi istehsalında alternativ mənbələrin payı artıb
# 16 mart 2020 10:21 (UTC +04:00)

Beynəlxalq Enerji Agentliyinin (IEA) hesablamalarına görə, 2019-cu ildə qlobal elektrik enerjisi istehsalı 10 548,6 TVt (teravatt) təşkil edib ki, bu da 2018-ci ilin göstəricisi ilə müqayisədə 1% azdır.

Bu barədə "APA-Economics" IEA-in hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, istehsal edilən elektrik enerjisinin böyük hissəsi ənənəvi enerji mənbələrinin payına düşüb. Lakin buna baxmayaraq, alternativ və bərpa olunan enerji mənbələri üzrə müsbət dinamika qeydə alınıb.

Ötən ilin nəticələrinə görə, qlobal enerji istehsalında alternativ və bərpa olunan enerji mənbələrin payı 28,4% təşkil edib (2018-ci ildə bu göstərici 27%-ə bərabər olub).

Belə ki, 2019-cu ildə alternativ və bərpa olunan enerji mənbələri ilə 2 995,9 TVt elektrik enerjisi istehsal edilib. Bu, 2018-ci illə müqayisədə 4% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR