Qlobal enerji şirkətlərinin 80%-i 2025-ci ilədək istehsalatda süni intellektdən istifadə edəcək

Qlobal enerji şirkətlərinin 80%-i 2025-ci ilədək istehsalatda süni intellektdən istifadə edəcək
  • Clock-gray 17:51
  • calendar-gray 27 Noyabr 2020

Qlobal enerji şirkətlərinin təxminən 81%-i 2025-ci ilədək istehsalatda süni intellektdən istifadə edəcək.

Bu barədə "APA-Economics" Avropa Elektroenergetika İşçilərinin Assosiasiyasının ("Eurelectric") araşdırmasına istinadən xəbər verir.

Araşdırmaya əsasən, süni intellekt enerji sektorunun daha sürətli dekarbonlaşdırılmasını təmin edə bilər. 2050-ci ilə qədər bərpa olunan enerji mənbələrinin enerji balansının 80%-dən çoxunu tutacağı gözlənilir və bunların süni intellekt və proqnozlaşdırıcı alqoritmlərin tətbiqi ilə birləşməsi bu enerji mənbələrinin daha da səmərəli inteqrasiyasına səbəb ola bilər.

Bundan əlavə, süni intellekt elektrik şəbəkələrinin sabitliyini qorumağa və müştəri istehlakını proqnozlaşdırmağa kömək edir ki, bu da tələb və təklif arasında optimal uyğunluğa səbəb olacaq.

Emil İsmayılov

Digər xəbərlər