Qlobal neft tədarükü fevralda 2 mln. barel azalıb

Qlobal neft tədarükü fevralda 2 mln. barel azalıb
  • Clock-gray 14:10
  • calendar-gray 17 Mart 2021

Bu ilin fevral ayında gündəlik qlobal neft tədarükü 2 mln. barel azalaraq 91,6 mln. barelə enib.

Bu barədə "APA-Economics" Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, azalma ABŞ-da soyuq havalar nəticəsində istehlakın azalması və Səudiyyə Ərəbistanı tərəfindən "OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) razılaşması çərçivəsində nəzərdə tutulan hasilat üzrə məhdudiyyətlərdən könüllü olaraq gündəlik neft istehsalının əlavə 1 mln. barel azaldılması ilə əlaqələndirilir.

IEA "OPEC+" razılaşmasına daxil olmayan ölkələrdə neft istehsalı üzrə proqnozu 130 min barel azaldıb. Belə ki, proqnoza əsasən, 2021-ci ildə razılaşmaya daxil olmayan ölkələrdə gündəlik neft hasilatı 2020-ci ildə ki 1,3 mln. barel azalma ilə müqayisədə 700 min barel artacaq.

Qeyd edək ki, "OPEC+" ölkələri nazirlərinin 13-cü və 14-cü iclaslarında gündəlik xam neft hasilatı üzrə mövcud kvotaların fevral, mart və aprel aylarında davam etdirilməsi ilə bağlı razılaşma əldə edilib. Qərarlara əsasən, Azərbaycanın qeyd edilmiş dövr üzrə öhdəliyinin yanvar ayında olduğu kimi 123 min barel həcmində qalacağı nəzərdə tutulub. Gündəlik xam neft hasilatı isə 595 min barel səviyyəsində saxlanılacaq. "OPEC+" ölkələrinin gündəlik xam neft hasilatı üzrə ixtisarları isə apreldə 6,9 mln. barel təşkil edəcək.

Emil İsmayılov

Digər xəbərlər