Qlobal polad istehsalı martda 15% artıb

Qlobal polad istehsalı martda 15% artıb
# 23 aprel 2021 16:22 (UTC +04:00)

Ümumdünya Polad Assosiasiyasına məlumat təqdim edən dünyanın 64 ölkəsində 2021-ci ilin mart ayında polad istehsalı 2020-ci ilin eyni dövrünə nisbətən 15,2% artaraq 169,2 mln. tona çatıb.

"APA-Economics"in məlumatına görə, bu barədə Assosiasiyanın açıqlamasında deyilir.

Qeyd olunub ki, cari ilin I rübündə polad istehsalı 10% artaraq 486,9 mln. tona çatıb.

Xatırladaq ki, bu ilin yanvar-mart aylarında Azərbaycanda polad istehsalı 58,9 min ton təşkil edib. Bu da illik müqayisədə 3,9% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR