Qlobal qaz hasilatı 2050-ci ilə kəskin artacaq

Qlobal qaz hasilatı 2050-ci ilə kəskin artacaq
# 25 fevral 2021 15:59 (UTC +04:00)

Qaz İxrac edən Ölkələr Forumu (GECF) qlobal təbii qaz istehsalının 2050-ci il üçün 5,9 trln. kubmetrdən çox olacağını proqnozlaşdırır.

"APA-Economic"in GECF-in 2050-ci ilədək qaz bazarı üzrə proqnozuna ("Global Gas Outlook 2050") istinadən verdiyi məlumata görə, 2019-cu illə müqayisədə 2050-ci üçün qaz istehsalı 1,9 trln. kubmetrə yaxın (təqribən 47,5%) artacaq.

Bununla yanaşı, səmt qazının ümumi hasilatdakı payının 2019-cu ildəki 11%-dən 2050-ci ilə qədər 6%-ə düşəcəyi, qeyri-ənənəvi qazın isə payı müvafiq olaraq 23%-dən 34%-ə yüksələcəyi proqnozlaşdırılır.

Hesabatda qeyd edilir ki, 2050-ci ildə hasil ediləcək qazın təxminən 30%-inin hələ aşkarlanmamış mənbələrin payına düşəcəyi proqnozlaşdırılır. Bu da əlavə qaz ehtiyatlarının müəyyən etmək üçün axtarış işlərinin aparılmasını zəruri edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR