Qlobal qaz tələbatı bu il 3% artacaq - PROQNOZ

Qlobal qaz tələbatı bu il 3% artacaq - PROQNOZ
# 27 yanvar 2021 18:02 (UTC +04:00)

Bu il təbii qaza olan qlobal tələbat 2019-cu ilin səviyyəsinə çatmaqla 2,8% və ya təxminən 110 mlrd. kubmetr artacaq.

"APA-Economics"in "Reuters"a istinadən verdiyi məlumata görə, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) baş analitiki Jan-Batist Dübröy deyib.

Məlumata görə, ötən il qaza olan qlobal tələbat rekord 100 mlrd. kubmetr azalıb. Səbəb kimi, ilin əvvəlində havaların isti keçməsi və koronavirus pandemiyası göstərilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR