Qərb İxrac Boru Kəməri ilə neftin nəqli ötən il 11%-dək artıb

Qərb İxrac Boru Kəməri ilə neftin nəqli ötən il 11%-dək artıb
  • Clock-gray 12:01
  • calendar-gray 04 Fevral 2021

Ötən il Səngəçal terminalı Bakı-Tbilisi-Ceyhan (BTC) və Qərb İxrac Boru Kəməri vasitəsi ilə 239 mln. barel neft və kondensat ixrac edib ki, bu da 2019-cu ilin müvafiq göstəricisi ilə müqayisədə 9,1% azdır.

"APA-Economics"in BP-nin (layihənin operatoru) Azərbaycanda apardığı əməliyyatlar üzrə 2020-ci ilin ilk üç rübünün yekunlarına görə dərc etdiyi hesabata istinadən verdiyi məlumata əsasən, o cümlədən ötən dövr terminal 208 barel (-11,5%) BTC və 31 mln. bareldən artıq (+10,7%) Qərb İxrac Boru Kəməri (Bakı-Supsa kəməri) marşrutu vasitəsilə ixrac edib.

Məlumata əsasən, terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 mln. barel neft və kondensat, "Şahdəniz" qazı üçün təqribən 85 mln. standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 105 mln. kubmetrdir.

Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK), Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi sistemi və terminalın qaz emalı obyektlərini "Azəriqaz"ın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.

"Ötən il ərzində terminaldan həmçinin gündəlik orta hesabla təxminən 49 mln. standart kubmetr "Şahdəniz" qazı ixrac edilib", - hesabatda deyilir.

Emil İsmayılov

Digər xəbərlər