"Renault"nun satışları onbirillik minimuma enib

"Renault"nun satışları onbirillik minimuma enib
# 20 iyul 2020 17:35 (UTC +04:00)

Bu ilin birinci yarısında Fransanın "Renault" avtomobil istehsalçısının satışları illik müqayisədə 34,9% azalaraq 1,256 mln. ədəd avtomobilə enib. Bu, 2009-cu ildən bəri ən pis göstəricidir.

"APA-Economics"in "Renault" hesabatına istinadən verdiyi məlumata görə, azalmanın əsas səbəbi kimi, şirkətin əsas satış bazarlarının sərt karantin rejimi tətbiq olunan ölkələrdə olması göstərilir. Təkcə Avropa bazarlarında avtomobil istehsalçısının satışları 41,8%, Avropadan kənarda isə 26,4% azalıb.

Qeyd edək ki, hesabat dövründə korporasiyanın ən böyük satış bazarları Fransa və Rusiya olub. "Renault" bu ölkələrdə müvafiq olaraq 242 534 ədəd (-36,1%) və 192 158 ədəd (-19,5%) avtomobil satıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR