Rövnəq Abdullayev: SOCAR-ın balansında olan 2 min hektardan artıq ərazi rekultivasiya edilib

Rövnəq Abdullayev: SOCAR-ın balansında olan 2 min hektardan artıq ərazi rekultivasiya edilib
  • Clock-gray 10:54
  • calendar-gray 27 Noyabr 2019

"İndiyə qədər SOCAR-ın müəssisə və təşkilatlarının balansında olan 2 000 hektardan artıq ərazi rekultivasiya edilib, həmin torpaqlarda yaşıllıqlar salınıb".

"APA-Economics"in məlumatına görə, bunu "İqlim dəyişmələri və ətraf mühitdə Paris razılaşmasının rolu" beynəlxalq konfransda çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.

Onun sözlərinə görə, rekultivasiya edilən ərazilərdə Bakı Olimpiya Stadionu, Bakı Ali Neft Məktəbinin kampusu, Ekopark və başqa obyektlər inşa olunub.

"SOCAR həmçinin Dünya Bankı və BMT-nin “2030-cu ilə qədər səmt qazının normal hasilat prosesində yandırılmasının sıfıra endirilməsi” birgə təşəbbüsünə qoşulmuş ilk şirkətlərdən biridir. 2018-ci ildə Azərbaycanda bu göstərici 1%-ə, cari ildən isə bu rəqəm 0,9%-ə endirilib. 2012-ci ildən atmosferə atılan səmt qazının yığılması ilə bağlı 3 böyük layihə həyata keçirilib və nəticədə il ərzində 1 mlrd. kubmetr səmt qazı yığılaraq istehlak bazarına yönəldilib", - deyə R. Abdullayev qeyd edib.

O həmçinin bildirib ki, SOCAR mütəmadi olaraq birgə müəssisələrində və digər əməliyyat şirkətlərində atmosferə atılan qazların ümumi miqdarını nəzarətdə saxlayır və bu məqsədlə müvafiq monitorinqlər keçirir.

Emil İsmayılov

Digər xəbərlər

Arxiv

date