Rusiya Avropaya LNG tədarükü üzrə ABŞ-ı qabaqlayıb

Rusiya Avropaya LNG tədarükü üzrə ABŞ-ı qabaqlayıb
# 04 mart 2021 12:30 (UTC +04:00)

Avropa 2020-ci il ərzində 84 mln. ton mayeləşdirilmiş təbii qaz (LNG) idxal edib ki, bunun da 26,2%-i Rusiyanın payına düşüb.

APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Rusiyada “Shell” konserninin rəhbəri Sederik Kremers deyib.

Onun sözlərinə görə, ABŞ ötən il Avropaya 20 mln. ton LNC ixrac edib.

S. Kremers onu da qeyd edib ki, Rusiyanın Avropaya maye qaz tədarükü üzrə ABŞ-ı qabaqlamasının səbəbi ABŞ-ın LNG-nin böyük hissəsinin Asiyaya yüksək qiymətlə ixrac etməsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR