Rusiya OPEC+ razılaşmasından kondensatın xaric olunmasını müzakirə edəcək

Rusiya OPEC+ razılaşmasından kondensatın xaric olunmasını müzakirə edəcək
# 03 dekabr 2019 14:45 (UTC +04:00)

Rusiya Vyanada keçiriləcək növbəti OPEC+ iclasında neft hasilatının azaldılmasına dair əldə olunan razılaşmadan kondensat hasilatı üzrə göstəricilərin xaric edilməsini müzakirə edəcək.

"APA-Economoics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Rusiyanın Energetika naziri Aleksandr Novak bildirib.

"Həmkarlarımızla birlikdə kondensatı nəzərə almadan məlumatların [anlaşmanın yerinə yetirilməsi qiymətləndirilməsi zamanı – red.] nəzərə alınmasını müzakirə edəcəyik", - deyə A. Novak qeyd edib.

Nazirin sözlərinə görə, noyabrda Rusiya OPEC+ neft hasilatının azaldılmasına dair sazişin şərtlərini 85% yerinə yetirib. Dekabr ayında isə ölkə bu göstəricini 100%-ə çatdırmaq niyyətindədir.

Qeyd edək ki, alyans ölkələri, sazişin taleyinin müzakirə ediləcəyi dekabr görüşlərinə, dekabrın 5-də OPEC + Nazirlər Monitorinq Komitəsinin iclasından başlayacaq, daha sonra OPEC Konfransı ümumi iclası ilə davam edəcəklər və dekabrın 6-da bütün OPEC+ üzv ölkələr bir araya gələcəklər.

Xatırladaq ki, OPEC, Rusiya və OPEC+ ölkələri bazarda vəziyyəti tənzimləmə məqsədi ilə 1 yanvar tarixindən 6 ay müddətinə gündəlik hasilatın 1,2 mln. barel (800 min barel OPEC ölkələri, 400 min barel qeyri-OPEC olkələri üzrə) azaldılması barədə razılaşıb. Razılaşmanın vaxtı iyunun 30-da bitib. Nəticədə bu gun Vyanada ”OPEC plus” nazirlərinin 6-cı görüşündə əvvəlcə OPEC və qeyri-OPEC ölkələri arasında uzunmüddətli əməkdaşlığa dair Xartiya qəbul olunub. Daha sonra isə neft hasilatının azaldılmasına dair razılaşmanın müddətinin daha 9 ay uzadılması ilə bağlı razılıq əldə edilib. "Əməkdaşlıq Xartiyası"na, eləcə də OPEC və qeyri-OPEC ölkələrinin 2020-ci ilin birinci rübünün sonunadək qüvvədə olacaq qərarına Azərbaycan da qoşulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR