Rusiya-OPEC Enerji Dialoqu: Neft bazarında çətinliklər və qeyri-müəyyənlik hələ də qalmaqdadır

Rusiya-OPEC Enerji Dialoqu: Neft bazarında çətinliklər və qeyri-müəyyənlik hələ də qalmaqdadır
# 04 noyabr 2020 10:26 (UTC +04:00)

Neft hasilatının tənzimləməsinə baxmayaraq, qlobal neft bazarında çətinliklər və qeyri-müəyyənlik hələ də qalmaqdadır.

"APA-Economics"in OPEC-a istinadən verdiyi məlumata görə, bunu Rusiya-OPEC Enerji Dialoqunun 7-ci yüksək səviyyəli görüşü zamanı tərəflər qeyd edib.

Məlumata əsasən, balanslaşdırılmış və sabit bir neft bazarı pandemiyadan qurtulma, adekvat sərmayə və həm istehlakçı, həm də istehsalçıların gələcək rifah üçün bir şərtdir.

Xatırladaq ki, aprel ayının 12-də "OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri nazirlərinin 10-cu iclasında qəbul edilmiş tarixi razılaşma ümumilikdə gündəlik xam neft hasilatının may-iyunda 9,7 mln. barel, iyul-dekabrda 7,7 mln. barel, 2021-ci ildən 2022-ci ilin aprel ayının sonuna qədər 5,8 mln. barel azaldılmasını nəzərdə tuturdu.

Bununla yanaşı, OPEC-in üzv və qeyri-üzv ölkələrinin nazirlərinin iyunun 6-da video-konfrans formatında keçirilən 11-ci iclasında gündəlik neft hasilatının 9,7 mln. barel azaldılması ilə bağlı mövcud kvotanın müddətinin daha 1 ay, iyulun sonunadək uzadılması barədə qərar qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR