Rusiya bu il qaz hasilatını və ixracını azaldacaq

Rusiya bu il qaz hasilatını və ixracını azaldacaq
  • Clock-gray 14:02
  • calendar-gray 23 Oktyabr 2020

Rusiyada 2020-ci ildə qaz hasilatı 6,5% azalaraq 690 mlrd. kubmetr təşkil edəcək, 2021-2023-cü illərdə isə hasilat 728-795 mlrd. kubmetrə çatacaq.

"APA-Economics" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının Büdcə və vergilər komitəsinin iclasında çıxış edərkən Energetika naziri Aleksandr Novak deyib.

"Qaz sənayesində hasilatın təxminən 6,5% azalacağını gözləyirik. Təxminən 690 mlrd. kubmetrədək. 2021-2023-cü illərdə isə hasilatı 728-795 mlrd. kubmetrə çatacağıq", - Novak deyib.

O əlavə edib ki, cari ilin sonunda qaz ixracı təxminən 16,5% azalaraq 184,5 mlrd. kubmetrə düşə bilər. 2021-ci ildə bu göstərici 220 mlrd. kubmetrə, 2023-cü ildə isə 240 kubmetrə çatacağı gözlənilir.

APA-Economics

Digər xəbərlər