Rusiya heliumun iri ixracatçısına çevrilə bilər

Rusiya heliumun iri ixracatçısına çevrilə bilər
  • Clock-gray 15:38
  • calendar-gray 09 Dekabr 2020

Rusiya artıq 2021-ci ildə heliumun iri ixracatçısına çevrilərək, bazarda ABŞ və Qətər kimi ölkələrin paylarının azalmasına səbəb olar bilər.

"APA-Economics"in "New York Times"a istinadən verdiyi məlumata görə, hazırda ABŞ və Qətər dünyanın ən böyük helium istehsalçılarıdır.

Hazırda Sibirdə böyük bir istehsal müəssisəsinin inşası başa çatmaq üzrədir. Bəzi analitiklərin fikrincə, bu fakt tibb, kosmik tədqiqat və milli təhlükəsizlik kimi sahələrdə getdikcə daha çox rol oynayan qlobal helium bazarındakı tarazlıq dəyişdirə bilər. Belə ki, tikilən zavod tam gücünə çatdıqdan sonra Rusiya dünyada istifadə olunan bütün heliumun 25-30%-ni istehsal edə bilər.

Qeyd edək ki, söhbət Amurda tikilən, illik emal gücü 42 mlrd. kubmetr olan qaz emalı zavodundan gedir.

Xatırladaq ki, helium maqnetik tomoqraf, mikroelektronika, elm, tibb, nüvə reaktorlarının soyudulması, hava şarlarının doldurulması və bir çox digər sahədə istifadə olunur.

Emil İsmayılov

Digər xəbərlər