Rusiya neft hasilatını azaldıb

Rusiya neft hasilatını azaldıb
# 02 dekabr 2020 13:58 (UTC +04:00)

Rusiyada 2020-ci ilin noyabr ayında neft və qaz-kondensat hasilatı əvvəlki ilin eyni ayı ilə müqayisədə 11,3% azalaraq 40,959 mln. ton təşkil edib.

Bu barədə "APA-Economics" Rusiyanın Yanacaq və Enerji Kompleksinin Mərkəzi Dispetçer İdarəsinə istinadən xəbər verir.

Məlumata görə, ilin əvvəlindən istehsal 8,4% azalaraq 470,16 mln. tona enib. Bu ilin nəticələrinə görə, Rusiyada neft hasilatı illik müqayisədə 10% azalacaq.

Qeyd edək ki, Rusiya Azərbaycanla birgə "OPEC+" (OPEC – Neft İxrac Edən Ölkələr Təşkilatı və təşkilata daxil olmayan ölkələri əhatə edən neft hasilatının azaldılması üzrə təşəbbüs) razılaşmasının iştirakçısıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR