Rusiya neft hasilatını bu il 10%, ixracını isə 16%-dən çox azaldacaq

Rusiya neft hasilatını bu il 10%, ixracını isə 16%-dən çox azaldacaq
# 23 oktyabr 2020 11:57 (UTC +04:00)

Rusiya 2020-ci ildə 225 mln. ton neft ixrac etməyi planlaşdırır ki, bu da "OPEC+" ölkələrindəki məhdudiyyətlər fonunda 2019-cu illə müqayisədə 16,4% azdır.

"APA-Economics" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının Büdcə və vergilər komitəsinin iclasında çıxış edərkən Energetika naziri Aleksandr Novak deyib.

"Bu il neft hasilatı təxminən 10% azalaraq 507 mln. ton səviyyəsinə düşəcək, ilkin plan isə 558-560 mln. ton idi", - deyə A. Novak qeyd edib.

Nazir 2021-2023-cü illərdə tələbatla əlaqədar olaraq istehsalın 518 tondan 560 mln. tonadək artırılmasının planlaşdırıldığını də bildirib: "Yəni pandemiyadan əvvəlki səviyyələrin bərpasını gözləyirik. Əlbəttə, "OPEC+" sazişindəki məhdudiyyətlər bu göstəricilərə təsir edəcək".

Novak əlavə edib ki, 2021-2023-cü illərdə Rusiyanın neft ixracının 231-266 mln. tona, yəni böhrandan əvvəlki səviyyəyə çatdırılacağı planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR