Rusiya qaz hasilatını əhəmiyyətli dərəcədə artıra bilər

Rusiya qaz hasilatını əhəmiyyətli dərəcədə artıra bilər
# 18 dekabr 2020 16:01 (UTC +04:00)

Rusiyanın təbii qaz istehsalı potensialı təxminən 1 trln. kubmetrdir.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Rusiyanın energetika nazirinin müavini Pavel Sorokin deyib.

Onun sözlərinə görə, ölkənin mayeləşdirilmiş təbii qaz (LNG) istehsalı potensialı isə 120-140 mln. tondur.

"Rusiyada qaz istehsalını artırma potensialı 1 trln. və daha çoxdur, LNG istehsalı qabiliyyəti isə 120-140 mln. tondur", - P.Sorokin qeyd edib.

Qeyd edək ki, 2019-cu ildə Rusiyada qaz hasilatı 737,8 mlrd. kubmetr təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR