Rusiya qazının Litva ərazisi ilə tranziti bərpa olunub

Rusiya qazının Litva ərazisi ilə tranziti bərpa olunub
# 10 fevral 2021 12:40 (UTC +04:00)

Belarusdan Litva ərazisi ilə Rusiyanın Kalininqrad vilayətinə qazın tranziti bərpa edilib.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Litvanın qazötürmə sisteminin operatoru "Amber Grid" şirkətinin sədri Laura Şebekene bildirib.

"Bizim dispetçer məlumatlarımız göstərir ki, qazın nəqli gecə yarısından əvvəl bərpa edilib və hazırda normal qaydada həyata keçirilir", - deyə L. Şebekene qeyd edib.

Onun sözlərinə görə, əvvəllər Rusiya bölgəsinə tranzit qaz ötürülməsinin dayandırılması halları olmayıb.

Bazar ertəsi, Rusiyanın "Qazprom" şirkətindən Kalininqrada qazın tranzitinin müvəqqəti dayandırılması barədə bildiriş daxil olub. Tranzitin dayandırılmasının səbəbləri açıqlanmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR