Rusiya qazının ixrac qiyməti 2025-ci ildə 211 dollaradək yüksələ bilər

Rusiya qazının ixrac qiyməti 2025-ci ildə 211 dollaradək yüksələ bilər
# 28 yanvar 2021 10:58 (UTC +04:00)

Rusiyanın ixrac olunan qazının qiyməti 2025-ci ildə min kubmetr üçün 146-211 ABŞ dolları arasında olacaq.

"APA-Economics"in TASS-a istinadən verdiyi məlumata görə, bu, Rusiyada 2035-ci ilə qədər qaz sənayesinin inkişafı üzrə sxemdə əks olunub.

Məlumata görə, ən bədbin ssenari Avropa bazarında qazın artıqlığını və orta neft qiymətlərini nəzərdə tutur. Bu ssenariyə görə, 2025-ci ildə qazın qiyməti 146 dollar, 2035-ci ildə isə 163 dollar təşkil edəcək.

İkinci ssenariyə görə, Rusiya qazının ixrac qiyməti 2025-ci ildə 163 dollar, 2035-ci ildə isə 193 dollar səviyyəsində olacaq.

Nikbin ssenariyə əsasən, Rusiya qazının qiyməti qeyd olunan illərdə müvafiq olaraq 211 dollar və 256 dollar təşkil edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR