Rusiya və Belarus 2021-ci ildə tədarük ediləcək qazın qiyməti üzrə razılığa gəlib

Rusiya və Belarus 2021-ci ildə tədarük ediləcək qazın qiyməti üzrə razılığa gəlib
  • Clock-gray 10:18
  • calendar-gray 25 Dekabr 2020

Rusiya və Belarus 2021-ci ildə "Qazprom" şirkəti tərəfindən tədarük ediləcək təbii qazın qiymətlərinin formalaşması qaydalarına dair razılığa gəliblər.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, qeyd olunan məsələ üzrə müvafiq protokol imzalanıb. Sənədi "Qazprom"un rəhbəri Aleksey Miller və Belarusun energetika naziri Viktor Karankeviç imzalayıblar.

Qeyd edək ki, gələn il Belarusa satılacaq Rusiya qazının qiyməti açıqlanmayıb. Bu il Rusiya qazının Belarus üçün təyin olunduğu qiymət bir kubmetr üçün 127 dollar təşkil edir.

Emil İsmayılov

Digər xəbərlər