Rusiya yanvarda neft və kondensat hasilatını artırıb

Rusiya yanvarda neft və kondensat hasilatını artırıb
# 02 fevral 2021 10:28 (UTC +04:00)

Rusiyada gündəlik neft və kondensat istehsalı yanvar ayında aylıq ifadədə 1% artaraq 10,159 mln. barelə çatıb.

"APA-Economics"in "Bloomberg"ə istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın Energetika Nazirliyinin nəzdində olan Yanacaq və Enerji Kompleksinin Mərkəzi Dispetçer İdarəsinin açıqlamasında deyilir.

Qeyd olunur ki, illik ifadədə Rusiyada neft və kondensat hasilatı 10,3% azalıb.

Xatırladaq ki, yeni "OPEC+" razılaşmalarının icrasına 2020-ci ilin may ayında gündəlik neft hasilatının 9,7 mln. barel azalması ilə start verilib, avqust ayından isə alyans məhdudiyyətləri 7,7 mln. barelədək yumşaltdı və yanvar ayında 7,2 mln. barelədək azalma barədə razılığa gəlib. Bundan 1,881 mln. bareli Rusiyanın öhdəliyinə düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR