Rusiyada araq və konyak istehsalı azalıb

Rusiyada araq və konyak istehsalı azalıb
# 09 oktyabr 2020 17:45 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında Rusiyada 55,88 mln. dekalitr araq istehsal olunub ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 2,3% azdır.

"APA-Economics" xəbər verir ki, bu barədə Rusiyanın İstehlakçıların Hüquqlarının Müdafiəsi Milli Şurasının məlumatında deyilir.

Qeyd olunur ki, təksə sentyabr ayında Rusiyada araq istehsalı illik ifadədə 1,6% azalaraq 7,74 mln. dekalitr təşkil edib.

Konyak istehsalına gəldikdə, Rusiyada sözügedən növ alkoqollu içkinin istehsalını ilin əvvəlindən 6,4% azalaraq 5,75 mln. dekalitr, o cümlədən sentyabrda 9,5% azalaraq 800 min dekalitr olub.

Rusiyanın Federal Dövlət Statistika Xidmətinin məlumatına görə, cari ilin yanvar-iyul ayında ölkədə spirtli içkilərin satışları artıb, o cümlədən araq satışları 1,7%, şərab – 3,1%, şampan şərabı – 1,4%, pivə satışları isə 2,9% artıb.

Ümumiyyətlə, ilin əvvəlindən Rusiyada 129,6 mln. dekalitr (-6,5%) alkoqollu içkilər (pivə, pivə əsaslı içkilər və sidr istisna) istehsal olunub. Sentyabrda istehsal 1,8% azalaraq 17,9 mln. dekalitr təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR