Rusiyada neftin ixrac rüsumu azaldılır

Rusiyada neftin ixrac rüsumu azaldılır
# 15 aprel 2021 14:49 (UTC +04:00)

Bu ilin mayın 1-dən Rusiya neftinin ixrac rüsumu 2,7 ABŞ dolları məbləğində azaldılaraq bir ton üçün 54,9 dollar təşkil edəcək.

"APA-Economics"in məlumatına görə, bu barədə Rusiya mətbuatı Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, 15 mart – 14 aprel 2021-ci il tarixləri arasında Rusiyanın ixrac etdiyi "Urals" markalı neftin bir barel üçün orta qiyməti 61,89 (öncəki ay 64,35 dollar) və ya bir ton üçün 451,8 (öncəki ay 469,7 dollar) təşkil edib.

Xatırladaq ki, bundan əvvəl Rusiyada aprel ayı üçün neftin ixrac rüsumu 8 dollar artırılaraq 57,6 dollara çatdırılmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR