Rusiyada neftin ixrac rüsümu yenidən artırılır

Rusiyada neftin ixrac rüsümu yenidən artırılır
# 15 fevral 2021 14:46 (UTC +04:00)

Bu ilin martın 1-dən Rusiya neftinə ixrac rüsumu 5,8 ABŞ dolları artaraq bir ton üçün 49,6 dollar təşkil edəcək.

"APA-Economics"in məlumatına görə, bu barədə Rusiya mətbuatı Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, 15 yanvar – 14 fevral 2021-ci il tarixləri arasında Rusiyanın ixrac etdiyi "Urals" markalı neftin orta qiyməti bir barel üçün 56,996 dollar və ya bir ton üçün 416,1 dollar təşkil edib.

Xatırladaq ki, bundan əvvəl Rusiyada fevral ayı üçün neftin ixrac rüsümu 5,1 dollar artırılaraq 43,8 dollara çatdırılmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR