Rusiyada neftin ixrac rüsumunun artımı davam edir

Rusiyada neftin ixrac rüsumunun artımı davam edir
# 15 mart 2021 14:54 (UTC +04:00)

Bu ilin aprelin 1-dən Rusiya neftinə ixrac rüsumu 8 ABŞ dolları məbləğində artırılaraq bir ton üçün 57,6 dollar təşkil edəcək.

"APA-Economics"in məlumatına görə, bu barədə Rusiya mətbuatı Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, 15 fevral – 14 mart 2021-ci il tarixləri arasında Rusiyanın ixrac etdiyi "Urals" markalı neftin bir barel üçün orta qiyməti 64,35 dollar və ya bir ton üçün 469,7 dollar təşkil edib.

Xatırladaq ki, bundan əvvəl Rusiyada mart ayı üçün neftin ixrac rüsumu 5,8 dollar artırılaraq 49,6 dollara çatdırılmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR