SOCAR 1 700 hektardan çox ərazini rekultivasiya edib

SOCAR 1 700 hektardan çox ərazini rekultivasiya edib
# 17 yanvar 2020 12:02 (UTC +04:00)

Son 10 ildə SOCAR tərəfindən 1 700 hektardan çox neftlə çirklənmiş ərazi rekultivasiya olunub.

"APA-Economics"in SOCAR-a istinadən verdiyi məlumata görə, həmin ərazilərdə Bakı Olimpiya Stadionu, Bakı Ali Neft Məktəbinin binası inşa edilib. Ekoloji Park da neftdən təmizlənmiş torpaqlarda salınıb.

"SOCAR-ın ekoloji hədəflərinə neftlə çirklənmiş torpaqların təmizlənməsi də daxildir", - məlumatda qeyd olunur.

Qeyd edək ki, SOCAR Azərbaycan ərazisindəki neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsi, neftin, qazın və qaz kondensatının hasilatı, emalı və nəqli, neft və neft-kimya məhsullarının, qazın daxili və xarici bazarlarda satışı, habelə ölkə ərazisində sənayenin və əhalinin təbii qazla təchizatı ilə məşğul olur. SOCAR-ın tərkibində 3 istehsalat birliyi, 1 neft və 1 qaz emalı zavodu, Dərin Özüllər Zavodu, 2 trest, 1 institut daxil olmaqla hüquqi şəxs statusuna malik 23, qeyri-hüquqi şəxs statusuna malik 4 qurum fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR