SOCAR Bakıdakı NEZ-də istehsal etdiyi məhsulların 23%-ni ixrac edib

SOCAR Bakıdakı NEZ-də istehsal etdiyi məhsulların 23%-ni ixrac edib
# 12 mart 2021 15:46 (UTC +04:00)

SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) 2020-ci il ərzində həyata keçirilmiş tədbirlər nəticəsində neft emalının dərinliyi 94,3% təşkil edib.

APA-Economics”in məlumatına görə, bu, Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında icmal hesabatda əksini tapıb.

Hesabata əsasən, zavodda istehsal edilən əmtəəlik neft məhsullarının 77%-i daxili bazara, qalan 23%-i isə ixraca yönəldilib.

Xatırladaq ki, ötən il NEZ 5,9 mln. tona yaxın neft emal edib.

“Zavodda həyata keçirilən yenidənqurma və modernləşdirmə Layihəsi pandemiya ilə əlaqədar yaranmış çətinliklər nəzərə alınaraq yenilənmiş strategiya əsasında davam etdirilib”, - hesabatda qeyd edilir.

Qeyd edək ki, yeni qrafikə əsasən NEZ-də “Avro-5” tələblərinə cavab verən dizel istehsalına başlanılması 2022-ci ilin ortalarına nəzərdə tutulur. Sonrakı dövrdə yeni qurğuların ard-arda istismara verilməsi ilə istehsal olunan benzinin də keyfiyyətinin tədricən artırılması və 2023-cü ildə “Avro 5” standartına çatdırılması planlaşdırılır. Bununla modernizasiyanın hazırkı mərhələsi başa çatdırılacaq. Bundan sonra NEZ-də “Aİ-92” və “Aİ-95” markalı benzin istehsal olunacaq.

Xatırladaq ki, 1953-cü ildə əsası qoyulan NEZ-da hazırda təkmilləşdirilmə və yenidənqurma layihəsinin 2-ci və 3-cü mərhələləri həyata keçirilir. Layihənin əsas məqsədlərindən biri də Bakı şəhərində ekoloji vəziyyətin yaxşılaşdırılmasıdır. İstehsalat proseslərində, əsasən köhnə qurğuların istismarı zamanı ətraf mühit üçün bir sıra risklər yaranır və təkmilləşdirilmə işləri həm də bu cür risklərin minimuma endirilməsinə imkan verəcək. Bu məqsədlə müasir və beynəlxalq standartlara cavab verən texnologiyaların tətbiqi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR