SOCAR Belarusa neft tədarükü ilə bağlı məsələyə aydınlıq gətirib

SOCAR Belarusa neft tədarükü ilə bağlı məsələyə aydınlıq gətirib
# 27 fevral 2020 13:47 (UTC +04:00)

SOCAR tərəfindən Belarusun "Belneftexim" konserni üçün ikinci tanker partiyasının göndərilməsi ilə bağlı razılaşma hələ əldə olunmayıb.

Bunu "APA-Economics"ə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

Onun sözlərinə görə, "Belneftekhim" konserni üçün (təxminən 85 min tona yaxın – red.) Azərbaycan neftinin birinci tanker partiyasının göndərilməsi martın 20-də planlaşdırılır: "İlk partiyanın göndərilməsi üçün artıq razılıq əldə edilib və bu, təxminən martın 20-də baş tutacaq. İkinci partiya üzrə hələ razılaşma yoxdur, danışıqlar aparılır".

İ. Əhmədov həmçinin qeyd edib ki, "Belneftexim" üçün birinci tanker "Supsa" limanından göndəriləcək: "İkinci tanker partiyası üzrə çatdırılma tarixləri, göndərilmə məntəqəsi və digər məsələlər üzrə müzakirə hələ davam edir".

Qeyd edək ki, çərşənbə günü "Belneftexim" ümumi həcmi 160 min ton olan iki neft tankerinin tədarükü üçün SOCAR-la razılığın əldə olunmasını elan etmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR