SOCAR: Neft emalı bazarında rəqabət artacaq

SOCAR: Neft emalı bazarında rəqabət artacaq
  • Clock-gray 14:55
  • calendar-gray 30 Mart 2021

Neft emalı məhsullarına olan tələbat 2030-cu ildən etibarən azalacaq, buna görə də bazarda rəqabət artacaq.

"APA-Economics"in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu  "SOCAR-Türkiyə Emal və Neft Kimya İş Birliyi"nin rəhbəri və "Petkim"in baş direktoru Anar Məmmədov təxmin edərkən deyib.

Onun sözlərinə görə, gələcəkdə neft emalı bazarında ciddi dəyişikliklərlə bağlı gözlənilər var: "Bazar azaldıqca oyunçu sayında dəyişikliklər olacaq və rəqabət artacaq. Bəzi oyunçular bazardan çıxmalı olacaq".

A. Məmmədov onu da bildirib ki, bunların sırasında köhnə, səmərəsiz və qeyri-müasir müəssisələr olacaq. Bura Avropadakı xeyli sayda neftayırma zavodları da daxildir.

A. Məmmədov son illərdə Avropada yeni bir neftayırma zavodu tikilmədiyini də qeyd edib.

"Bütün bu proseslər Türkiyə üçün fürsət yaradacaq. Bu səbəbdən "Star Rafineri" və "Petkim"də apardığımız səmərəlilik və modernləşdirmə işlərinin kritik əhəmiyyət daşıdığını düşünürəm. Türkiyənin bazarında olmaq bizim üçün böyük bir fürsətdir", - A. Məmmədov qeyd edib.

Xatırladaq ki, SOCAR "Petkim" neft-kimya kompleksində əsas paya malikdir, "Star Rafineri" "SOCAR Türkiyə"nin törəmə müəssisəsidir.

Emil İsmayılov

Digər xəbərlər