SOCAR "OPEC+" razılaşması çərçivəsində ötən rüb neft hasilatını 8%-dək azaldıb

SOCAR "OPEC+" razılaşması çərçivəsində ötən rüb neft hasilatını 8%-dək azaldıb
# 15 oktyabr 2020 17:45 (UTC +04:00)

Bu ilin III rübündə SOCAR tərəfindən 1,803 mln. tondan çox neft və 1,842 mlrd. kubmetrdən çox qaz hasil olunub.

"APA-Economics"in SOCAR-a istinadən verdiyi məlumata görə, neft hasilatı ötən ilin eyni dövrü ilə müqayisədə 7,8% azalıb, qaz hasilatı isə 2,3% artıb.

"OPEC+" razılaşması çərçivəsində götürülmüş məhdudlaşdırma öhdəlikləri ilə əlaqədar olaraq, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə neft hasilatında azalma qeydə alınıb.

"Öhdəliklər yalnız xam neft hasilatını əhatə etdiyi üçün qaz hasilatında artım tempi davam edib. Müvafiq dövrdə ölkə üzrə 8,2 mln. tona yaxın neft, 8,2 mlrd. kubmetrə yaxın qaz hasil edilib", - SOCAR-dan bildirilib.

Hesabat rübündə qazma işləri SOCAR üzrə 11 min metr, ölkə üzrə isə 42 min metrə yaxın həcmlərdə həyata keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR