"SOCAR Polymer" ixracı 25%-dək artırıb

"SOCAR Polymer" ixracı 25%-dək artırıb
# 02 dekabr 2020 16:45 (UTC +04:00)

"SOCAR Polymer" şirkəti bu ilin yanvar-oktyabr ayları ərzində 86,9 mln ABŞ dolları dəyərində məhsul ixrac edib, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 24,5% çoxdur.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən "APA-Economics"ə verilən məlumata görə, keçən ilin müvafiq dövründə şirkət 69,8 mln. dollar dəyərində məhsul ixrac edib.

"SOCAR Polymer" şirkəti Sumqayıt Kimya Sənaye Parkının (SKSP) rezidentidir. 2013-cü ildə formalaşmağa başlayan Sumqayıt Kimya Sənaye Parkı Bakıdan 30 km şimalda yerləşir.

Şirkət biri polipropilen (PP), digəri isə yüksək sıxlıqlı polietilen (YSPE) istehsalı üçün nəzərdə tutulan iki zavod inşa edib. Həmin PP və YSPE zavodlarının istehsal gücü müvafiq olaraq ildə 184 min və 120 min ton təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR