"SOCAR Trading": Neftin qiyməti bu il 80 dollara çata bilər

"SOCAR Trading": Neftin qiyməti bu il 80 dollara çata bilər
# 23 fevral 2021 11:38 (UTC +04:00)

Tələbatın bərpası və istehsalçıların dərhal artan tələbi təmin edə bilməyəcəyindən 2021-ci il ərzində neftin bir barelinin qiyməti 80 ABŞ dollarına çata bilər.

"APA-Economics"in "Financial Post"a istinadən verdiyi məlumata görə, bu barədə "SOCAR Trading"in (SOCAR-ın qlobal ticarət qolu) ticarət üzrə baş direktoru Xəyal Əhmədzadə deyib.

O, yaz aylarında və ya cari ilin sonunadək neftin bir barelinin qiymətinin 80 dollar, yaxın 18-24 ayda isə 100 dollardan çox olacağı təqdirdə təəccüblənməyəcəyini bildirib.

X. Əhmədzadənin sözlərinə görə, pandemiya səbəbindən qlobal bazarda yaranan artıq neft ehtiyatları bu ilin yayı üçün aradan qaldırılacaq. Bunla birlikdə, polada olan yüksək qiymətlər də qlobal neft bazarına mənfi təsir edəcək.

"SOCAR Trading"in rəsmisi onu da əlavə edib ki, SOCAR böhran zamanı saxladığı neft həcmlərini (15 mln. barel) artıq realizə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR