"SOCAR Türkiyə" ixrac marşrutlarını dəyişib

"SOCAR Türkiyə" ixrac marşrutlarını dəyişib
# 10 aprel 2020 15:52 (UTC +04:00)

Yeni növ koronavirusun (COVİD-19) yayılması səbəbindən "SOCAR Turkey Enerji A.Ş" ("SOCAR Turkey" – SOCAR-ın Türkiyədə ki törəmə müəssisəsi) neft-kimya məhsullarının ixrac marşrutlarını dəyişib.

APA-Economics”in məlumatına görə, bu barədə "SOCAR Turkey Enerji A.Ş"-in baş icraçı direktoru Zaur Qəhrəmanov “Anadolu Ajansı”na deyib.

“Neft-kimya istehsalımızın 50%-nı Avropa ölkələrinə, əsasən Almaniya, İtaliya, İspaniyaya ixrac edirdik, lakin bu ölkələr “COVİD-19”-dan ən çox aziyyət çəkənlər sırasındadırlar. Buna görə ixrac marşrutlarımız dəyişdi və yolumuzu şərqə yönəltdik. Ümid edirik ki, “COVİD-19”-dan sonra köhnə bazarlarımıza qayıda biləcəyik”, - deyə, Z. Qəhramanov qeyd etdi.

Onun sözlərinə görə, “COVİD-19”-dan sonra biz həm iqtisadi, həm da siyasi cəhətdən yeni bir (fərqli – red.) dünyada yaşayacağıq. “Buna hazır olmalıyıq”.

Qeyd edək ki, SOCAR-ın Türkiyədə "Petkim" neft-kimya kompleksi (əsas payı SOCAR məxsusdur – red.) var.

Xatırladaq ki, 3 aprel 1965-ci il tarixində başda Türkiye Petrolleri Anonim Ortaklığı (TPAO) olmaqla təsis edilən "Petkim" fəaliyyətə 1970-ci ildə Kocaelidəki Yarımca Kompleksinə daxil olan 5 zavodun qurulması ilə başlamışdır. 30 may 2008-ci il tarixində keçirilmiş hərracda "Petkim Petrokimya Holdinq" A.Ş.-nin səhmlərinin 51%-i 2 milyard 40 milyon dollara SOCAR&Turcas Enerji A.Ş. tərəfindən əldə edilmişdir.

Hazırda "Petkim"in nəzdində aşağı sıxlıqlı polietilen, yüksək sıxlıqlı polietilen, polipropilen, polivinil xlorid, akrilonitril, etilen qlikol, saflaşdırılmış turşu, aromatik karbohidrogenlər, etilen-propilen, xlor qələvi, vinil xlorid monomer, plastik işlər və ftal anhidridi fabrikləri fəaliyyət göstərir. Türkiyə sanayesini xammalla təchiz edən "Petkim"in istehsal etdiyi neft-kimya məhsulları inşaat, kənd təsərrüfatı, elektrik enerjisi, elektron, tekstil sənayesində, eyni zamanda əczaçılıq, boya, yuyucu məhsullar, kosmetika məhsulları istehsalı və digər sahələrdə geniş istifadə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR