SOCAR Türkiyədəki NEZ-i üzrə gələn il 361 mln. dollar kredit ödəyəcək

SOCAR Türkiyədəki NEZ-i üzrə gələn il 361 mln. dollar kredit ödəyəcək
# 25 dekabr 2020 17:37 (UTC +04:00)

Gələn il SOCAR tərəfindən Türkiyənin Əliağa yarımadasında inşa edilən "Star Rafineri" neft emalı zavodunun (NEZ) tikintisinə cəlb edilmiş kreditlər üzrə ödənişlər plana uyğun olaraq həyata keçiriləcək.

"APA-Economics"in məlumatına görə, "SOCAR-Türkiyə Emal və Neft Kimya İş Birliyi"nin rəhbəri və "Petkim"in baş direktoru Anar Məmmədov onlayn rejimində keçirilən mətbuat konfransı zamanı deyib.

Onun sözlərinə görə, gələn in NEZ üzrə kredit ödənişləri 361 mln. dollar səviyyəsində planlaşdırılıb.

Xatırladaq ki, 2018-ci ildə istifadəyə verilən SOCAR-ın "Star" neft emalı zavodunun illik emal gücü 10 mln. tondur. Əsas məhsullarını dizel yanacağı (4,8 mln. ton), təyyarə yanacağı (1,6 mln. ton), nafta (1,6 mln. ton), maye neft qazı, qarışıq ksilen, neft koksu təşkil edir. Zavod daşınmalar baxımından strateji əhəmiyyət kəsb edən Əliağa yarımadasında yerləşir. Əliağa yarımadasında "Star" NEZ ilə yanaşı, SOCAR-ın "Petkim" neft-kimya kompleksi, külək elektrik enerji stansiyası və Egey dənizinin ən böyük limanı olan SOCAR Terminalı vahid infrastruktur və dəyər zənciri çərçivəsində fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR