SOCAR Ukraynaya 300 mln. dollardan çox investisiya yatırıb

SOCAR Ukraynaya 300 mln. dollardan çox investisiya yatırıb
# 31 yanvar 2020 17:37 (UTC +04:00)

“SOCAR Energy Ukraine” şirkəti tərəfindən Ukrayna iqtisadiyyatına bu günə kimi 304 mln. ABŞ dollarından çox investisiya yatırılıb.

Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Kiyev şəhərində keçirilən Azərbaycan Respublikası ilə Ukrayna arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Komissiyanın 12-ci iclası zamanı deyib.

Onun sözlərinə görə, ötən il Azərbaycandan Ukraynaya ixracın əsas hissəsini xam neft təşkil edib. “SOCAR Energy Ukraine” şirkətin bu ölkədə 60-dan çox YDM-si və 4 neft bazası fəaliyyət göstərir.

“Bu səfər çərçivəsində işgüzar dairələrin nümayəndələrindən ibarət heyətlə Odessa və Kiyevdə infrastruktur layihələri ilə tanış olduq və təklifləri dinlədik. Düşünürəm ki, bu müzakirələrin nəticələri olaraq biz irəlidə bir çox sahələrdə birgə sərmayə layihələri həyata keçirə və əməkdaşlığımızı daha da möhkəmləndirə biləcəyik. Bunun üçün siyasi iradə, niyyət və geniş imkanlar mövcuddur. Bütün sahələrdə əməkdaşlığa açığıq və hesab edirəm ki, komissiyanın iclası bu məsələlərin həllinə töhfə verəcək”, - deyə P. Şahbazov qeyd edib.

İndiyə kimi Azərbaycana 270 mlrd. dollar məbləğində sərmayə qoyulduğunu vurğulayan nazir onu da deyib ki, hazırda Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən islahatlar kursu da məhz iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı və investisiya mühitinin daha da yaxşılaşdırılmasına xidmət edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR