SOCAR bu il 94 min ton metanol və 43 min ton karbamid ixrac edib

SOCAR bu il 94 min ton metanol və 43 min ton karbamid ixrac edib
# 15 aprel 2020 09:50 (UTC +04:00)

Bu ilin I rübündə SOCAR xarici bazarlara 94 min tona yaxın metanol, 43 min tona yaxın karbamid ixrac edib.

SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, "SOCAR Polymer" tərəfindən istehsal olunan polimer məhsulları artaraq 49 min tondan artıq olub.

Məlumata əsasən, istehsal edilən məhsulun 43 min tondan çoxu, yəni 89%-i ixraca göndərilib, 5%-ə yaxın hissəsi isə daxili bazarda reallaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR