SOCAR bu ilin II rübündə qaz hasilatını 14% artırıb

SOCAR bu ilin II rübündə qaz hasilatını 14% artırıb
# 15 iyul 2020 14:58 (UTC +04:00)

Bu ilin II rübündə SOCAR-ın birbaşa istismar etdiyi yataqlarda 1,8 mln. ton neft və 1,8 mlrd. kubmetr qaz hasil olunub.

SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, ölkə üzrə isə qaz hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 14% artaraq 9,4 mlrd. kubmetr, neft hasilatı isə 8,6 mln. ton təşkil edib ki, bu da illik ifadədə 5,3% azdır.

İkinci rübdə SOCAR tərəfindən 1,5 mln. tona yaxın neft və 804 mln. kubmetrə yaxın təbii qaz emal olunub. Neftin emal dərinliyi isə 94,93% təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR