SOCAR hava şəraiti ilə əlaqədar dənizdə təhlükəsizlik tədbirlərini gücləndirib

SOCAR hava şəraiti ilə əlaqədar dənizdə təhlükəsizlik tədbirlərini gücləndirib
# 19 yanvar 2021 14:33 (UTC +04:00)

SOCAR Azərbaycan ərazisində hava şəraitinin pisləşməsi və küləkli olmasını nəzərə alaraq dəniz platformalarında təhlükəsizlik tədbirlərini gücləndirib.

Bunu "APA-Economics"ə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

Onun sözlərinə görə, açıq səthlərdə aparılan işlər məhdudlaşdırılıb, vəziyyət daimi monitorinq altındadır: "Adətən küləyin sürəti 28-30 m/s-dən aşağı olanda işçilərin təxliyəsi haqqında qərar verilmir. Bizdə olan məlumata görə, bu günlərdə küləyin sürəti arabir yalnız 25 m/s-ə qədər yüksələcək. Buna görə hazırkı vəziyyətdə işçilərin təxliyə olunması nəzərdə tutulmur".

Xatırladaq ki, Bakıda və Abşeron yarımadasında ayın 20-də yağışın sulu qar və qarla qarışıq yağması gözlənilir: “Havanın temperaturu gecə saatlarında 0 dərəcəyə yaxınlaşacaq. Yanvarın 20-dən 21-nə və 21-dən 22-nə keçən gecə paytaxtda temperaturun 0-mənfi 2 dərəcə olacağı proqnozlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR