SOCAR-ın Türkiyədəki NEZ-i neftin idxalını 2,5 dəfə artırıb

SOCAR-ın Türkiyədəki NEZ-i neftin idxalını 2,5 dəfə artırıb
  • Clock-gray 12:07
  • calendar-gray 30 May 2020

 Bu ilin yanvar-mart ayları ərzində Türkiyənin Əliağa yarımadasında SOCAR tərəfindən inşa edilən "Star Rafineri" neft emalı zavodu (NEZ) 479,87 min ton neft məhsulları ixrac edib ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 12,7% azdır.

"APA-Economics"in Türkiyənin Enerji Bazarı Tənzimləmə İdarəsinə (EPDK) istinadən verdiyi məlumata görə, 2019-cu ilin yanvar-martında zavod 549,87 min tona yaxın məhsul ixrac edib.

Məlumata əsasən, cari ilin yanvarı-martında NEZ 2,51 mln. ton neft idxal edib ki, bu göstərici  ötən ilin yanvar-mart ayları ilə müqayisədə 2,54 dəfə artıb (2019 ilin yanvar-mart aylarında bu göstərici 988,36  min ton təşkil edib).

Ötən il "Star Rafineri" 1,28 mln. tondan artıq neft məsulları ixrac edib. 2019-cu ildə zavodun ixrac üzrə ən yüksək göstəricisi mart ayında qeydə alınıb və 319,02 min ton təşkil edib.

Emil İsmayılov

Digər xəbərlər