SOCAR-ın təsdiq edilmiş qaz kondensatı ehtiyatları 26% artıb

SOCAR-ın təsdiq edilmiş qaz kondensatı ehtiyatları 26% artıb
# 03 dekabr 2020 11:43 (UTC +04:00)

Ötən ilin nəticələrinə görə, SOCAR üzrə ümumi təsdiq edilmiş neft ehtiyatları 120,204 mln. ton təşkil edib ki, bu da illik müqayisədə 4,53% azdır.

"APA-Economics"in SOCAR-ın "Davamlı inkişaf" adlı hesabatına istinadən verdiyi məlumata görə, 2018-ci ildə SOCAR üzrə ümumi təsdiq edilmiş neft ehtiyatları 125,906 mln. ton təşkil edirdi.

Buna baxmayaraq, qaz kondensatı ehtiyatları üzrə şirkətin göstəriciləri artıb. Belə ki, 2019-cu ilin nəticələrinə görə, bu göstərici 10,054 mln. ton təşkil edib ki, bu da 25,7%-lik artım deməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR