SOCAR-ın xaricdəki YDM şəbəkəsinə daxil olan məntəqələrin sayı açıqlanıb

SOCAR-ın xaricdəki YDM şəbəkəsinə daxil olan məntəqələrin sayı açıqlanıb
# 11 mart 2021 15:36 (UTC +04:00)

Ötən il SOCAR xarici ölkələrdə törəmə şirkətləri vasitəsi ilə ümumilikdə 514 yanacaq doldurma məntəqəsi şəbəkəsi ilə fəaliyyət göstərib.

APA-Economics”in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında hesabatda deyilir.

Hesabata əsasən, söhbət SOCAR-ın İsveçrə, Ukrayna, Rumıniya, Gürcüstan, Avstriya və digər ölkələrdə ki törəmə şirkətləri barəsində gedir.

Bununla yanaşı, 11 neft bazası ilə neft məhsullarının satışını həyata keçirən “SOCAR Petroleum” QSC tərəfindən 2020-ci ildə daha 100 yeni yanacaq doldurma məntəqəsi istismara verilib.

“Bununla da həmin məntəqələrin sayı 41-ə çatıb”, - hesabatda deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR