SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub

SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
  • Clock-gray 15:02
  • calendar-gray 03 Dekabr 2019

Dekabrın 3-də “SOCAR-Tower”də Neftin, qazın nəqli və neft təsərrüfatı üzrə vitse-prezident Rəhman Qurbanovun təqaüdə yola salınması və Daşqın İsgəndərovun yeni vitse-prezident vəzifəsinə təyin olunması ilə bağlı mərasim keçirilib.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, D. İsgəndərov ali təhsilini başa vurduqdan sonra “28 may” NQÇİ-də əmək fəaliyyətinə başlayıb, 1999-2007-ci illərdə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti və “BP Eksploreyşn LTD” şirkətində texniki istehsalat üzrə supervayzer vəzifəsində işləyib. 2007-ci ildə “28 May” NQÇİ-nin rəisinin birinci müavini, 2008-ci ildən “Azneft” İB-nin Baş mühəndisi - baş direktorun birinci müavini, 2011-ci ildən İstehsalat Birliyinin Baş direktoru vəzifələrində çalışıb.

Emil İsmayılov

Digər xəbərlər

Arxiv

date